Ermənilər daha bir mahnımızı oğurladı

Ermənilər daha bir mahnımızı oğurladı
30 iyul 2024
# 10:20

Əqli Mülkiyyət Agentliyi (COPAT) Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.

Kulis.az xəbər verir ki, yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.

Bəstəkar Cavanşir Quliyev APA-ya açıqlamasında bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.

Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.

“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.

# 3565 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər