Ən qədim ingilis şeirinin əlyazması tapıldı

Ən qədim ingilis şeirinin əlyazması tapıldı
16 may 2026
# 13:00

Roma Milli Mərkəzi Kitabxanasının arxivlərində aparılan araşdırmalar zamanı ingilis dilinin məlum olan ən qədim şeiri "Kedmonun ilahisi"nin (Caedmon’s Hymn) itkin düşmüş 9-cu əsr nüsxəsi tapılıb.

"Euronews"un verdiyi xəbərə görə, Dublindəki Triniti Kollecinin mütəxəssisləri tərəfindən sənədlər arasında aşkar edilən bu nadir mətn, 1920-ci illərdən bəri tapılan ilk erkən dövr nüsxə olması ilə böyük əhəmiyyət kəsb edir.

Şimali İtaliyadakı bir monastırda rahib tərəfindən köçürüldüyü məlum olan bu əlyazma, əsrlər boyu itmiş hesab olunurdu.

Tapılan nüsxə, 7-ci əsrdə bir çoban tərəfindən qələmə alınan cəmi 9 misralıq bu şeiri latın dili mətni daxilinə inteqrasiya edən ən qədim nümunədir.

Tədqiqatçılar bu tapıntının əvvəlki məlum nümunələrdən təxminən 300 il daha qədim olduğunu və ingilis dilinə hələ 9-cu əsrdə verilən önəmi sübut etdiyini bildirirlər.

Bu kəşf həm də orta əsrlərdə İngiltərə ilə İtaliya arasındakı sıx mədəni əlaqələri bir daha gün üzünə çıxarır.

Qeyd edək ki, hazırda bu tarixi sənəd rəqəmsallaşdırma layihəsi çərçivəsində bütün dünya alimlərinin istifadəsinə açıq elan edilib.

# 1132 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər