"Emmi" mükafatının qalibləri açıqlandı

"Emmi" mükafatının qalibləri açıqlandı
15 sentyabr 2025
# 12:31

"Emmi" mükafatları sahiblərinə təqdim olunub.

Kulis.az xəbər verir ki, aktyor Set Roqen komediya serialında "Ən yaxşı aktyor" mükafatını "The Studio" serialında iştirakına görə alıb.

O, eyni seriala görə Evan Qoldberqlə birlikdə komediya layihəsinin "Ən yaxşı rejissor"u nominasiyasında heykəlcik alıb. Filip Barantini "Adolescence" mini serialına görə "Ən yaxşı rejissor" nominasıyasının qalibi olub.

Sözügedən serial gecədə ümumilikdə 13 mükafata layiq görülüb.

Aktrisa Cin Smart komediya serialında "Ən yaxşı aktrisa" kimi yeddinci "Emmi"sini əlinə alıb. Xanna Eynbinder komediya serialında "İkinci planda ən yaxşı aktrisa" kimi tanınıb. Münsiflər Ceff Hilleri komediya serialında "Ən yaxşı ikinci plan aktyoru" hesab ediblər.

Qaradərili aktyor Tramell Tillman ikinci mövsümü 2025-ci ildə çıxan "Bölün" serialındakı roluna görə "Dram serialında ən yaxşı ikinci plan aktyoru" mükafatını qazanıb. Aktrisa Keti Beyts eyni serialdakı roluna görə "Dram serialında ən yaxşı aktrisa" kimi tanınıb.

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər