Emmi mükafatının qalibləri açıqlandı

Emmi mükafatının qalibləri açıqlandı
13 sentyabr 2022
# 10:05

Dünyanın ən nüfuzlu televiziya mükafatlarından olan Emmi mükafatının 2022-ci il qalibləri məlum olub.

Kulis.az APA -ya istinadla xəbər verir ki, mükafatlandırma mərasimi bu il 74-cü dəfə keçirilib.

Builki mərasimə HBO film və televiziya yayım şirkəti damğa vurub. Belə ki, HBO və HBO Max şirkətləri ümumilikdə 38 mükafat qazanıblar.

HBO istehsalı olan "The White Lotus" ən yaxşı ssenari başda olmaqla, ümumən 10 mükafat qazanıb. Gecənin digər ən çox mükafat qazananı "Euphoria" olub. O, 6 mükafatın sahibi olub.

Dünyanın ən məşhur digər yayım platforması olan Netflix isə ümumilikdə 26 mükafat əldə edib.

Şirkətin istehsal etdiyi və kifayət qədər səs-küyə səbəb olan "Squid Game" 6, "Stranger Things" 5, "Arcane" isə 4 mükafata sahib olub.

"Ozark" serilanın populyar siması Julia Garner ən yaxşı köməkçi aktrisa nominasiyasında qalib olub.

Applle + yayım şirkətinin istehsalı olan "Tes Lasso" isə ikinci dəfə ən yaxşı komediya serialı üzrə müvəffəqiyyət qazanıb.

# 2363 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər