Emindən fanatlarına surpriz - Audio

Emindən fanatlarına surpriz - Audio
18 noyabr 2023
# 11:40

Xalq artisti Emin Ağalarov əfsanəvi dünya ulduzu Elvis Preslinin yaradıcılığından ilhamlanaraq hazırladığı "Now or never" (İndi və ya heç vaxt) adlı albomunun anonsunu təqdim edib.

Kulis.az xəbər verir ki, 16 Qremmi mükafatçısı Devid Fosterin prodüserliyi ilə hazırlanan albom 12 yenidən işlənmiş klassik kompozisiyadan ibarət olacaq.

Alboma Eminin dünyaca məşhur pop müğənnilər Nikol Şerzinger, Katarina Makfi və Engelbert Humperdink ilə oxuduğu 3 duet də daxil olunacaq. Albom 9 fevral 2024-cü ildə dinləyicilərin ixtiyarına veriləcək.

“Musiqi karyerama Elvisi dinləmək və onun kimi musiqi ərsəyə gətirməyi öyrənməklə başladım. Bu albom mənim gerçəkləşən ən əziz arzumdur. 10 il əvvəl David Fosterlə tanış oldum və bu görüş mənim fikirlərimi çox dəyişdi. Sankt-Peterburqun Saray Meydanındakı birgə konsertimizdən və orada da Elvis Preslinin bir neçə mahnısını ifa etdikdən sonra əməkdaşlığımızı davam etdirməyin gözəl olacağını düşündüm. Və bütün bu illərdən sonra biz Elvisin bir neçə möhtəşəm mahnısını seçərək bu heyrətamiz albomu yaratdıq. Davidin toxunduğu hər şey qiymətsiz və daha yaxşı olur. Bu albomda da belədir – bütün musiqi karyeramda etdiyim ən yaxşı işdir” deyə, E.Ağalarov bildirib.

Ağalarov albomda yer alan "Blue Christmas", "Now or never" mahnılarını sinql şəklində də təqdim edib.

"Albom sürprizlər və xatirələrlə doludur - hamısı Eminin yaradıcılığının ən yaxşı ənənələrindəndir. Mən əldə etdiyimiz zirvələrlə fəxr edirəm və dünyanın bu albomu eşitməsini səbirsizliklə gözləyirəm" deyə Devid Foster vurğulayıb.

Axşam.az

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər