“Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açıldı

“Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açıldı
5 sentyabr 2024
# 12:06

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Hidayət Orucovun 80 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı virtual sərgidə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Hidayət Orucovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncamın mətni, əsərləri, tərtib etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hidayet_Orucov/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə yazıçının müəllifi olduğu əsərlər, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, “Ön söz”, ideya müəllifi, məsləhətçi və redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər