Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
8 dekabr 2025
# 16:39

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında fəxri medala layiq görülüb.

Kulis.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb.

Bildirilib ki, medal Əməkdar artistə “Art Council” təşkilatının prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib. O, bu mükafata layiq görülən ilk sənətkardır.

Qeyd edək ki, Sahib Paşazadə bu günə kimi çoxsaylı beynəlxalq layihələrdə Azərbaycan tarını uğurla təbliğ etdiyinə görə müxtəlif medal və fəxri titullara layiq görülüb. Bu sıralamada Niaqara Beynəlxalq Musiqi Festivalında "Tarın Paqaninisi" xüsusi titulu (2008), Polşa və Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfəyə görə medal (2018 və 2021), 2022-ci ildə Yakutiya prezidenti tərəfindən təqdim edilən Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medal, Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dünyanın bir çox ölkələrində həyata keçirdiyi layihələrdə yaxından iştirakına görə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “Nizami-880” medalı və TÜRSOY təşkilatının 30 illik medalı, Fransanın "Karyer-su-Puassi şəhər" medalı (2019) və nəhayət “Özbəkistanın mədəniyyət elçisi” fəxri adı və medalını misal çəkə bilərik.

Həmçinin qeyd edək ki, tarzən dünyanın müxtəlif ölkələrində tar aləti üzrə ustad dərsləri və mühazirələr keçərək milli musiqi alətimizin dünyada geniş təbliğinə nail olub. Bu fəaliyyət sayəsində də Özbəkistanın bir neçə ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər