Əməkdar artist Aslan Şirin ilk dəfə Gəncə teatrının səhnəsində

Əməkdar artist Aslan Şirin ilk dəfə Gəncə teatrının səhnəsində
9 avqust 2024
# 14:45

Gəncə Dövlət Milli Dram Teatrında 2024-cü ilin repertuar planına uyğun olaraq Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanmış “Şorgöz” tamaşası üzərində yaradıcılıq işlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. “AZDRAMA”dan dəvət olunan Əməkdar artist Aslan Şirinlə yanaşı yeni tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlar Samir Abbasov , Ruslan Hüseynov, Murad Meyfaliyev, Elmir Məmmədov, Şəlalə Rüstəmova və Zeynəb Hüseynova iştirak edirlər.

Səhnə əsərinin premyerası növbəti aylarda keçiriləcəyi nəzərdə tutulur

Qeyd edək ki, Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanmış “Zorən Şorgöz” tamaşası ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2013-cü ildə oynanılıb. Həmin tamaşanında quruluşçu rejissoru və əsəri Azərbaycan dilinə çevirən Nicat Kazımovdur. “Şorgöz deputat” tamaşasında Corc Piqden obrazını Əməkdar artist Aslan Şirin canlandırıb.

# 3348 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər