Elza Seyidcahan aparıcı Zauru məhkəməyə verdi

Elza Seyidcahan aparıcı Zauru məhkəməyə verdi
13 fevral 2025
# 18:30

Əməkdar artist Elza Seyidcahan televiziya aparıcısı Zaur Nəbioğlunu məhkəməyə verib.

Kulis.az xəbər verir ki, bu barədə Lent.az-a müğənninin özü açıqlama verib.

Elza Seyidcahanın dediyinə görə, aparıcı onun şeirində işlətmədiyi təhqiramiz ifadəni verilişdə səsləndirib:

“Əməkdar artist olaraq xalqım və dövlətim qarşısında hansı məsuliyyət daşıdığımın fərqindəyəm. Yazdığım şeirdəki ifadələrin mənasını kimlərsə anlamırsa, bu, mənim günahım deyil. Lakin mənim, ümumiyyətlə, yazmadığım bir sözün adıma çıxarılması qətiyyən doğru deyil.

Bu məsələnin aydınlaşdırılması üçün aparıcını məhkəməyə verdim, qanun-qayda var. Qoy, şikayətçi olduğum şəxs gəlib məhkəmədə nə üçün belə davrandığını açıqlasın. İndiyə kimi insanların bir çox məsuliyyətsiz hərəkətlərinə dözümlü davrandım. İndi isə hesab edirəm ki, onlar qanun qarşısında cavab versinlər”.

Elza Seyidcahan kimdir?

Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar artistidir. 17 fevral 2022-ci ildə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.

# 2928 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər