Elvis Preslinin qızının ölümü ilə bağlı açıqlama

Elvis Preslinin qızının ölümü ilə bağlı açıqlama
27 sentyabr 2024
# 10:45

Elvis-Priskilla Presli cütlüyünün yeganə qızı Lisa Mari Presli Kalabasasdakı evində infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib, lakin müdaxilələrə baxmayaraq, 12 yanvar 2023-cü ildə vəfat edib.

Kulis.az xəbər verir ki, 54 yaşında dünyasını dəyişən Liza Mari Preslinin qızı Rayli Kio anasının xatirələrini özündə əks etdirən "Böyük naməluma" kitabı ilə gündəmə gəlib.

"People" jurnalına müsahibə verən 35 yaşlı Rayli Kio deyib:

"Anam Elvis Preslinin qızı olduğu üçün hər zaman onun haqqında danışılırdı. Xatirələrini tamamlamaqda məqsədim onun, həqiqətən, kim olduğunu üzə çıxarmaq idi".

Elvis Preslinin qızının ölümü ilə bağlı diqqətçəkən açıqlama - 3

Lisa Mari Presli bir neçə il əvvəl bariatrik əməliyyat keçirdikdən sonra nazik bağırsaq tıxanıqlığından yaranan fəsadlar səbəbilə dünyasını dəyişib.

Lakin Preslinin qızı anasının ölümünün bundan qaynaqlandığını düşünmür.

Elvis Preslinin qızının ölümü ilə bağlı diqqətçəkən açıqlama - 4

Kio anasının qardaşı Benjaminin 2020-ci ildə 27 yaşında ikən intihar etməsindən sonra oğlunun yoxluğuna dözməyib öldüyünü düşünür:

"Anam Benjamin öldükdən sonra mənə və bacılarıma əlindən gələni etdi, lakin biz onun ağrılarını bilirdik. Anam əməliyyatın yan təsirlərindən fiziki olaraq öldü, ancaq mənəvi olaraq çoxdan ölmüşdü".

Elvis Preslinin qızının ölümü ilə bağlı diqqətçəkən açıqlama - 6

Ülvi Bahadır

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər