Elton Condan yeni rekord

Elton Condan yeni rekord
21 iyul 2023
# 18:20

Həftəlik musiqi jurnalı "Billboard" ən çox gəlir gətirən konsert turlarının adlarını açıqlayıb.

Kulis.az xəbər verir ki, nəticələrə əsasən, dünya şöhrətli ifaçı Elton Con "Farewell Yellow Brick Road" adlı vida turunda saniyədə 345 dollar qazanaraq tarix yazıb.

Vida turu ifaçının iyulun 8-də İsveçin paytaxtı Stokholmda verdiyi konsertlə tamamlanıb.

Elton Con həm də performans gəliri 1,98 milyard dollara yüksələrək Ed Sheeran və U2-ni 150 milyon dollarla geridə qoyan ən çox gəlir əldə edən solo ifaçı olub.

Ümumilikdə isə "Billboard" ən çox gəlir gətirən turları aşağıdakı kimi sıralayıb:

-Roger Waters - The Wall Live (2010-13) - 459 milyon dollar
-Coldplay - A Head Full of Dreams Tour (2016-17) - 524 milyon dollar
-The Rolling Stones - No Filter Tour (2017-19, 2021) - 547 milyon dollar
-The Rolling Stones - A Bigger Bang Tour (2005-07) - 558 milyon dollar
-Coldplay - Music of the Spheres World Tour (2022-23) - 561.2 milyon dollar
-Guns N' Roses - Not in This Lifetime... Tour (2016-19) - 584 milyon dolar -Harry Styles - Love on Tour (2021-sürüyor) - 590.3 milyon dollar
-U2 - U2 360° Tour (2009-11) - 736 milyon dollar
-Ed Sheeran - The ÷ (Divide) Tour (2017-19) - 776 milyon dollar
-Elton John - Farewell Yellow Brick Road Tour (2018-20, 2022-23) - 939.1 milyon dollar.

# 2314 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər