Elşad Xose həbs edildi - Səbəb

Elşad Xose həbs edildi - Səbəb
8 yanvar 2026
# 13:00

Məşhur reper Elşad Xose həbs edilib.

Kulis.az xəbər verir ki, Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını xahiş edib.

Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Bu barədə ilk xəbəri "Qaynarinfo" yayıb.

# 1773 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər