Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

Elnarə Akimova:  “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”
12 noyabr 2025
# 17:08

Bu gün Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova ölkənin ədəbi-mədəni həyatına yönəlik önəmli təkliflə çıxış edib.

Kulis.az xəbər verir ki, millət vəkili ədəbiyyat sahəsində sistemli inkişafın təmin olunması və Azərbaycan yazıçılarının dünyaya tanıdılması məqsədilə “Milli Ədəbiyyat Fondu”nun və “Milli Ədəbiyyat Mükafatı”nın təsis olunmasını təklif edib.

Elnarə Akimova bildirib ki, bu gün Azərbaycan ədəbiyyatı istedadlı müəlliflərə malik olsa da, onların əsərlərinin beynəlxalq səviyyədə yayılması üçün mexanizmlər yetərli deyil:

“Biz siyasətdə sözümüzü demişik, idmanda beynəlxalq arenalarda tanınmışıq, amma ədəbiyyat sahəsində hələ o fəthi qazana bilməmişik. Halbuki, bu gün Azərbaycanda yazıçı problemi yoxdur. Yazıçılarımızın dünyaya çıxmamağının səbəbi əsərlərin zəifliyi deyil, çıxmaq metodlarının olmamasıdır.”

Deputat bu kontekstdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən TEDA layihəsini misal göstərərək vurğulayıb ki, oxşar modelin Azərbaycanda da tətbiqi ədəbiyyatımızın dünya miqyasında tanıdılmasına ciddi təkan verərdi:
“Türkiyədə TEDA layihəsi artıq 20 ildir fəaliyyət göstərir və türk yazıçılarını beynəlxalq kitab bazarlarına çıxarır. Bizdə də belə bir layihə gerçəkləşsə, Azərbaycan ədəbiyyatının dünya dövriyyəsində iştirakı mümkün olar. Biz artıq güclü dövlətik və həqiqətlərimizi bədii söz vasitəsilə dünyaya çatdırmaq üçün sərmayə qoymaqdan çəkinməməliyik.”

Elnarə Akimova həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların kənd filiallarının bağlanmaq təhlükəsi ilə bağlı narahatlığını da ifadə edib.

Onun sözlərinə görə, bölgələrdə kitabxanaların fəaliyyətinin zəifləməsi gənclərin kitab oxuma vərdişlərinə mənfi təsir göstərir:

“Məktəblilər kitab əldə etmək üçün hər dəfə rayon mərkəzinə gedə bilmir. Kitabxanalar və mədəniyyət evləri gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq qalması üçün vacib məkandır. Əvvəlcə daha müasir və əlçatan modellər yaradaq, sonra köhnə strukturların bağlanmasını düşünək.”

# 2503 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər