Elmi-praktiki seminar: “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”

Elmi-praktiki seminar:  “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında”
20 fevral 2025
# 15:52

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə cari ilin 19 fevral tarixində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.

Kulis.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan seminarın məqsədi Qərbi Azərbaycanda yaranıb formalaşan folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, milli mətbəximiz kimi zəngin dəyərləri özündə əks etdirən mövzuların tədqiqi və onların gənc nəslə daha dolğun şəkildə çatdırılmasıdır.

Tədbirin açılışında Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov qeyd ediblər ki, xalqımızın mədəniyyətinin, tarixinin və onun inkişaf mərhələlərinin öyrənilməsi elm və incəsənət sahələrinin ən ümdə vəzifələrindəndir.

Elmi-praktiki seminarda tədqiqatçı alimlər: filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov çıxışlarında mövzularla bağlı araşdırmalarını təqdim ediblər.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən seminarda, alim və mütəxəssislər Göyçə mahalının aşıq sənəti, Qərbi Azərbaycan yallıları, Qərbi Azərbaycan folklor mədəniyyəti, Qərbi Azərbaycanın musiqisi və mətbəxi mövzularında danışıblar. Tədbirdə həmçinin videomateriallar da nümayiş olunub.
Seminarda Aşıq İmran Göyçəlinin ifasında “Göyçəgülü” havası, “İrəvan” ansamblının ifasında (solistlər Nərmin Mirzəyeva və Rəis Niftəliyev) bəstəkar və xalq mahnıları izləyicilərə təqdim olunub.

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər