"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!”

"Əlimi Qurana basaram ki, o yalan deyir!" - "Yalan deyirəmsə, Allah məni şikəst eləsin!”
24 oktyabr 2025
# 17:11

Repressiya qurbanı Teymur Salahovun qızı Zərifə Salahovanın APA-ya müsahibəsində Xalq yazıçısı Süleyman Rəhimov haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub:

"Atamdan şikayət yazıb. Mən bunu Süleyman Rəhimovun oğlu Şamo Arifə də demişəm ki, atan atamı güllələtdirib".

Məsələ ilə bağlı Kulis.az Xalq yazıçısının oğlu Aqil Rəhimovla əlaqə saxlayıb və onun iddialara münasibətini öyrənib.

Aqil Rəhimov səslənən fikirlərin həqiqəti əks etdirmədiyini deyib:

“O yalan deyir. Zərifə Salahovanın sözlərində həqiqət yoxdur.

Bu məsələni hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə araşdırmışdılar və məlum olmuşdu ki, atamın o işdə əli yoxdur”.

Aqil Rəhimov bildirib ki, onun atasının heç kimə pisliyi dəyməyib və bacardığı qədər hamıya yaxşılıq eləyib.:

“Zərifə xanımın rəhmətlik atası yaxşı adam olmayıb. Atam olduğuna görə demirəm, bunu Süleyman Rəhimovu tanıyan yüz nəfərdən soruşsanız, deyəcəklər ki, o kişidən belə hərəkət gözləmək olmaz. Mənim atam peyğəmbər kimi adam olub, bacardığı yaxşılığı edib, bir nəfərə pisliyi dəyməyib, hələ bir nəfərin başına bir çırtma vurmayıb. Gətir, əlimi Qurana basım ki, o yalan deyir. Əgər mən yalan deyirəmsə, Allah məni şikəst eləsin”.

# 3999 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər