Əlibaba Məmmədovun qızı: “Atamın mahnılarını oxuyanda məndən icazə almırlar”

Əlibaba Məmmədovun qızı:  “Atamın mahnılarını oxuyanda məndən icazə almırlar”
25 dekabr 2023
# 11:15

“Atamın sənətdəki yolunu nəsildən heç kim davam etdirmir. Heç birinin səsi atamın səsi qədər gözəl olmayıb. Olsaydı, bu sənətin ardınca gedərdilər. Atamın əmisi çox yaxşı oxuyan olub. Atam bu haqda kitablarında da yazıb. Elə atamda da sənətə həvəs əmisindən gəlib. Əlibaba müəllimin nəticələri, yəni mənim nəvələrim instrumental alətlərdə ifa edirlər, təhsil alırlar. Oğlan nəvəm klarnet ifaçısı kimi artıq toylara gedir”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.

O əlavə edib:

“Atamın mahnılarının varisi mənəm. Hətta Əqli Mülkiyyət Agentliyindən məni axtarıb tapdılar və bildirdilər ki, atanızın mahnılarından gələn qonorarlara görə mütləq şəkildə hesab açdırmalısınız. Mən də gedib bankda hesab açdırdım. Hələ ki, ora heç bir məbləğ gəlməyib. Mahnı oxuyanda məndən heç kim icazə almır. Heç kimə qadağan da edə bilmərəm ki, oxuma. Yaxşı oxusunlar. Arzum budur ki, atamın mahnılarını onun yazdığı kimi ifa etsinlər, qol-qabırğasını sındırmasınlar. Atamın bütün mahnılarının sözləri yadımdadır, hamısını əzbər bilirəm. İndi axı dəbdədir, cürbəcür ritmlər qatırlar mahnılara. Nəsə improvizə etmək istəyirsinizsə, yeni mahnı yaradın və edin. “Dəşti” təsnifini atam yaradıb. Xalq artisti Simarə İmanova bu mahnını oğlunun toyunda onunla elə gözəl ifa etdi ki. Bir neçə dəfə özüm dinləmişəm. Bilirəm ki, hamının da xoşuna gəlib”.

Moderator.az

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər