Əlibaba Məmmədovun məzarının eskizi bəyənilmədi: "16 minə belə qəbir olar?"

Xalq artisti Əlibaba Məmmədov

Xalq artisti Əlibaba Məmmədov

21 aprel 2023
# 10:50

Ötən ilin fevralında vəfat edən Xalq artisti Əlibaba Məmmədovun məzarının üstü hələ də götürülməyib.

Kulis.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, sənətçinin qızı Rəqsanə Məmmədli atasının qəbir daşının hazırlanması üçün dövlət tərəfindən 16 min manat pul ayrıldığını bildirib. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti məzarın eskizi hazırlayaraq ailəyə göstərsə də, onlar razılığa gələ bilməyib:

"Qohumlarla yığılıb eskizə baxdıq, Dedik ki, belə qəbir olar? Adi qəbir daşı idi. Hamı dedi ki, 16 minlik qəbir deyil. Əlibaba Məmmədovun adına yaraşan deyil. Bizə dedilər ki, əgər daha yaxşı olmasını istəyirsinizsə, əlavə pul ödəyin".

R.Məmmədli martın 29-da Əlibaba Məmmədov xatirə gecəsində iştirak etməkdən imtina etdiyini də bildirib:

"Atamın qəbri düzəlməyib, orada necə iştirak edim? Utanıram axı. Görənlər deyəcək ki, kişinin qəbri düzəlməyib, burada çal-çağırdır. İli çıxdı, camaat ziyarət üçün hara getsin?".

Məsələ ilə bağlı Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, bunun üçün 16 min manat pul ayrılıb. Sənətkarın ailəsinə məlumat verilib, lakin ailə ödənilən məbləğlə razılaşmayıb. Həmin vəsait digər məzar daşlarına da şamil edilir. Rəqsanə Məmmədli razılaşdığı təqdirdə həmin məzar daşının qoyulması dərhal təmin olunacaq.

# 4593 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər