“Əli və Nino” kitab mağazasından yeni təklif

"Əli və Nino"

"Əli və Nino"

28 yanvar 2022
# 14:00

“Əli və Nino” Azərbaycanda (kəndlər və şəhərlər daxil olmaqla) kiçik və orta bizneslə məşğul olan qadınlara öz məhsullarını Alinino.az saytında, ayrıca bölmədə satışa təqdim etmək imkanı yaradır.

Kulis.az xəbər verir ki, bu barədə mağazanın sahibi Nigar Köçərli öz Feysbuk səhifəsində bildirib.

“Azərbaycanda (kəndlər və şəhərlər daxil olmaqla) kiçik və orta bizneslə məşğul olan qadınlara öz məhsullarını Alinino.az saytında, ayrıca bölmədə satışa təqdim etmək imkanı yaradır.

Artıq evinizdən çıxmadan məhsullarınızı satmaq imkanınız var!

Bunun üçün Alinino.az saytında xüsusi bölmə - "Qadın sahibkar" - yaradılmışdır. Qadın sahibkarların istehsal etdiyi məhsullar və hazırladıqları əl işləri saytın bu bölməsində satışdadır.

Hazırda ölkənin 14 tanınmış və sevilən markaları ( "Resm", "ƏNTIQUE", "Azerbaijan in a Box", "Fleur Amore" və s.) Alinino.az-da öz məhsullarını müştərilərinə təqdim edir.

Alinino.az bu məhsulların satışından əldə olunan məbləği komissiya tutmadan sahibkar xanımın özünə çatdırır. Üstəlik, məhsulun ünvandan alınaraq müştəriyə çatdırılmasında kuryer xidmətini də Alinino.az öz üzərinə götürür.

Alinino.az Azərbaycanda - həm Bakı, həm də bütün bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlara səslənərək onları əməkdaşlığa dəvət edir.

Əgər siz də öz biznesinizi genişləndirmək, sahibkarlıq fəaliyyətinizi daha da irəli aparmaq niyyətindəsinizsə, o zaman Alinino.az sizə dəstək olmağa, məhsullarınızı təmənnasız olaraq satışa təqdim etməyə hazırdır”.

# 3462 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər