Əli Əmirlinin yeni kitabı çap olundu

Əli Əmirlinin yeni kitabı çap olundu
30 yanvar 2025
# 09:21

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, Əli Əmirlinin “Meydan” romanı 1988-ci ildə baş vermiş Meydan hadisələrindən bəhs edir.

Kitabının annotasiyasında deyilir: "Hər bir zaman əvvəl-axır tarixə çevrilir. "Köhnə ev", "Mesenat", "Şah Qacar", "Varlı qadın", "Hasarın o üzü" , "Bala başabəla" kimi onlarla məşhur pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni kitabına daxil etdiyi "Meydan" romanında cərəyan edən hadisələrin zamanı - 1988-ci il də artıq tarixdir. Bu həmin o ildir ki, milli azadlıq hərəkatı bütöv Azərbaycanı mübarizə meydanına çıxarmışdı. Bu həm də elə bir vaxtdı ki, ədəbiyyat, sənət baş verən və sürətlə irəliləyən dramatik hadisələrin dalınca qoşa bilmir, geridə qalırdı, amma bu da təkzibedilməz həqiqətdir ki, zamanın həqiqi şəkli, itmiş, keçmişə qovuşmuş vaxtın ovqat fotosu tarix əsərlərində deyil, məhz bədii əsərlərin obyektivindədir. Əlbəttə, əgər müəllif həyat həqiqətini bədii həqiqətə çevirməyi bacarıbsa."

Qeyd edilən tarixi hadisələrin izi ilə 1989-cu ildə yazılmış "Meydan" romanı 1992-ci ildə "Azərbaycan" jurnalında dərc edilsə də, kitab halında ilk dəfə 34 ildən sonra nəşr olunur.

# 2155 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər