Elə bil əllərim yox olub mənim... - Günün şeiri

Elə bil əllərim yox olub mənim... - Günün şeiri
3 noyabr 2025
# 15:05

3 noyabr tanınmış avar şair, yazıçı, publisist və siyasi xadim Rəsul Həmzətovun anım günüdür.

Kulis.az bu münasibətlə şairin məşhur "Əziz dostum" şeirini və əsərin yaranma tarixçəsini təqdim edir.

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq etmiş, onların evində qonaq olmuşdu. Belə şairlərdən biri də Dağıstanın Xalq şairi Rəsul Həmzətov idi.

Deyilənlərə görə, bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul ilə görüşməyə gedir. Məclis əsnasında Səməd Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır.

Uzun müddət dostundan xəbər ala bilməyən Rəsul Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır.

Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir.

Bu küsülülük və əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində kədərli iz buraxır. O, bu münasibətlə hamının sevərək dinlədiyi “Əziz dostum” mahnısının sözlərini yazır.

Şeiri Azərbaycan dilinə şair Tofiq Bayram tərcümə edib.

Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib, qalmışam həsrətində mən...


Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.

Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.


Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər