Eldəniz Zeynalov bu səbəbdən "Yeddi oğul istərəm"dən imtina edib

Eldəniz Zeynalov bu səbəbdən "Yeddi oğul istərəm"dən imtina edib
3 aprel 2023
# 16:40

Xalq artisti, kinorejissor Əbdül Mahmudov "Yeddi oğul istərəm" filmi ilə bağlı etiraf edib.

Kulis.az xəbər verir ki, bu haqda "O üz" verilişində danışan sənətçi mərhum Xalq artisti Eldəniz Zeynalovun filmdən imtina etmə səbəbini açıqlayıb.

"Bir dəfə Eldəniz gəldi ki, hamımız idman geyimində, qan tərin içində at çapmaq öyrənirik. Eldəniz dedi ki, mənə rol lazım deyil, ata da yaxın gedən deyiləm. Hamı dedi ki, at səni yeməyəcək, əlini vur. Dedi, yox, filmdən imtina etdi. Hətta Tofiq Tağızadə dedi ki, bəlkə, bir də düşünəsən? Cavab verdi ki, at minməyəcəyəm. Elə şey var ki, dublyor edir, amma istəmirəm. Qayıtdı ki, səni bu filmdə çəkəcəyəm, bir epizodla öldürəcəyəm. Orada kiçik bir episodda rol aldı. Rolun böyük, kiçiyi olmur, aktyorun böyük, kiçiyi olur", - deyə Ə.Mahmudov bildirib.

Qeyd edək ki, "Yeddi oğul istərəm" filmi 1970-ci ildə lentə alınıb.

# 3935 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər