Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu
15 avqust 2026
# 10:15

“Ədəbiyyat və İncəsənət” portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Yol səni səslər” adlı şeirlər kitabı rus dilində işıq üzü görüb.

Kulis.az xəbər verir ki, yeni nəşr Azərbaycan poeziyasının rusdilli oxucu auditoriyasına təqdimatı ilə yanaşı, müxtəlif ədəbi-mədəni ənənələrin yaradıcı dialoqu baxımından da diqqət çəkir. Kitabın hazırlanmasında Azərbaycan, Saxa (Yakutiya), Tatarıstan ədəbi mühitinin tanınmış nümayəndələri iştirak ediblər.

Nəşrin “Ön söz”ünün müəllifi Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, məsləhətçisi isə Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Rkail Zəydulladır. Bu yaradıcı əməkdaşlıq kitabın eyni zamanda Azərbaycan poeziyasının Türk dünyasının fərqli ədəbi mühitləri ilə qarşılıqlı əlaqəsinin ifadəsi kimi dəyərləndirilməsinə əsas verir.

Əkbər Qoşalının şeirlərini rus dilinə Moskvada yaşayan tanınmış şair-tərcüməçi Afaq Şıxlı və istedadlı gənc şair-tərcüməçi Nilufər Şıxlı çevirib. Tərcümələrdə müəllifin poetik intonasiyasının, əsərlərin milli-mənəvi çalarlarının və emosional məzmununun qorunmasına xüsusi diqqət yetirilib. Kitabda Vətən və yaddaş, sevgi və zaman, insan taleyi, mənəvi dəyərlər kimi milli məzmundan ümumbəşəri düşüncəyə açılan mövzular yer alıb.

Nəşr Saxa (Yakutiya) Respublikasındakı “ALTA” özəl nəşriyyatında çap olunub. Nəşriyyatın rəhbəri Saxa Yazıçılar Birliyinin məsul katibi, şair Zinaida Arxipovadır. Kitabın nəşrinə Saxa (Yakutiya) Respublikası İl Tüməninin (Dövlət Məclisinin) deputatı Əliş Zabitoğlu dəstək göstərib.

“Yol səni səslər” adı kitabın poetik-fəlsəfi məzmunu ilə səsləşməklə yanaşı, nəşrin mədəni missiyasını da ifadə edir. Burada yol bir dildən digər dilə, bir ədəbi ənənədən digərinə, müəllifdən oxucuya doğru mənəvi hərəkətin rəmzi kimi çıxış edir. Bu baxımdan “Yol səni səslər” Azərbaycan poetik sözünün rusdilli ədəbi məkana təqdimatı, eyni zamanda, Azərbaycan, Saxa və Tatarıstan yaradıcı mühitləri arasında ədəbi bağların genişlənməsinə xidmət edən yeni mədəniyyət hadisəsi kimi səciyyələndirilə bilər.

Nəşr bir daha göstərir ki, bədii tərcümə dillər arasında olduğu kimi, ədəbi yaddaşlar və mədəniyyətlər arasında da körpü yaradır.

# 629 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər