Əfsanəvi rok ulduzu vəfat etdi

Əfsanəvi rok ulduzu vəfat etdi
6 mart 2023
# 17:30

ABŞ-ın əfsanəvi rok qrupu “Lynyrd Skynyrd”un sağ qalan sonuncu üzvü Gary Rossington 71 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, uzun illər sağlamlıq problemləri ilə mübarizə apardığı bilinən rol ulduzunun ölüm xəbəri qrup adından verilən açıqlamada qeyd olunub.

"Bu gün biz qardaşımız, dostumuz, ailəmizin üzvü Gary Rossingtonun itkisini dərin kədərlə elan edirik. Qari indi Skynyrd qardaşları və ailəsi ilə birlikdə cənnətdədir və həmişə olduğu kimi gözəldir"-, deyə bəyanatda deyilir.

Rossington 1964-cü ildə qurulan “Lynyrd Skynyrd”da gitara ifaçısı olub. Lynyrd Skynyrd qrupu 1977-ci ildə baş vokalçı Ronnie Van Zant, gitara ifaçısı Steve Gaines və vokalist Cassie Gaines Missisipidə təyyarə qəzasında həlak olduqdan sonra dağılıb.

Qəzadan sağ çıxan Gary Rossington; Billy Powell, Leon Wilkeson və Artimus Pyle və keçmiş gitaraçı Ed King qrupu yenidən qurublar. Ronnie'nin kiçik qardaşı Johnny Van Zant əvəzinə vokala keçib. Collins iflic olduğu üçün o, yalnız musiqi direktoru vəzifəsini icra edə bilib. Collins 1989-cu ildə vərəmə yoluxub və 23 yanvar 1990-cı ildə vəfat edib. 1994-cü ildə bir çox kantri sənətçisi “Skynyrd”in xatirəsinə hazırlanan “Skynyrd Frynds” albomu üçün bir araya gəliblər.

Lynyrd Skynyrd guitarist Gary Rossington dies, band confirms | NewsNation

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər