Əfsanəvi rok qrupunun ulduzu vəfat etdi

Əfsanəvi rok qrupunun ulduzu vəfat etdi
19 iyul 2026
# 17:00

1990-cı illərin məşhur Amerika rok qrupu "L7"-nin ulduzu Cennifer Finç vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə musiqi kollektivinin rəsmi "Instagram" səhifəsində məlumat yayılıb.

Məşhur bas-gitaraçı və vokalçı 59 yaşında dünyasını dəyişib.

Bildirilir ki, sənətkar uzun müddət beyin xərçəngi ilə mübarizə aparırdı.
​

​Qrup yoldaşları sənətçinin vəfatı ilə bağlı paylaşım edərək onun xatirəsini anıblar:
​

"Böyük ürək ağrısı ilə bildiririk ki, sevimli qrup yoldaşımız, dostumuz və üsyankarlıqdakı sadiq silahdaşımız Cennifer Finç bu gün dünyasını dəyişdi".

​Qeyd edək ki, "L7" qrupu 1985-ci ildə Los-Ancelesdə gitaraçılar Donita Sparks və Syuzi Qardner tərəfindən yaradılıb. Cennifer Finç qrupa 1986-cı ildə bas-gitaraçı kimi qatılıb və onlarla birlikdə dörd studiya albomu (o cümlədən 1992-ci ilin kommersiya baxımından böyük uğur qazanan "Bricks Are Heavy" albomu) yazdırıb.

​O, 1996-cı ildə qrupu tərk etsə də, kollektivə olan sadiqliyini itirməyib və 2014-cü ildə heyət yenidən birləşdikdən sonra geri dönərək ölümünə qədər "L7" ilə eyni səhnəni bölüşüb.

# 748 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər