Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər

Əfsanəvi Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına salına bilər
18 iyul 2026
# 16:20

Yunanıstanın əzəmətli Olimp dağı UNESCO-nun Ümumdünya İrsi siyahısına namizədlik üçün ölkənin ilkin siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Ətraf Mühit və Davamlı İnkişaf Mərkəzinin (NECCA) rəsmi saytında məlumat yayımlanıb.

Xüsusi dosye hazırlanır

Layihə yunan və ingilis dillərində xüsusi namizədlik dosyesinin hazırlanmasını nəzərdə tutur. Sənəd "Ümumdünya İrsi haqqında Konvensiyanın tətbiqi üzrə Rəhbər prinsiplər"ə tam uyğun olaraq tərtib ediləcək.

Dosyeyə həmçinin Olimpin unikal təbii və mədəni dəyərinin qorunması üzrə tədbir və fəaliyyətləri müəyyən edən ərazinin idarə edilməsi planı da daxil ediləcək. Dağın Ümumdünya İrsi siyahısına daxil edilməsi ilə bağlı yekun qərarı UNESCO-nun hökumətlərarası komitəsi qəbul edəcək.

Tanrıların məskəni və Yunanıstanın zirvəsi

Qeyd edək ki, Olimp dağı Fessaliya və Makedoniya sərhədində yerləşir. Hündürlüyü 2917 metrə çatan bu dağ Yunanıstanın ən yüksək zirvəsi sayılır.

Olimp təkcə coğrafi deyil, həm də böyük tarixi və mədəni əhəmiyyətə malikdir. Belə ki, qədim yunan mifologiyasına görə, bu dağ İldırım tanrısı Zevs başda olmaqla qüdrətli Olimpiya tanrılarının əbədi məskəni hesab edilirdi. Dağ 1938-ci ildən milli park, 1981-ci ildən isə UNESCO-nun qoruq statusuna malikdir.

# 850 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər