Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu

Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu
17 dekabr 2025
# 17:45

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-musiqili tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq görkəmli şairin ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər haqqında məlumat verib. O, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə Azərbaycan xalqının və mənəviyyatının bir hissəsinə çevrilmiş böyük insan olduğunu vurğulayıb. Qeyd edib ki, sağlığında da canlı tarix olan Bəxtiyar Vahabzadə sadəcə istedadlı söz ustası deyil, xalqın varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisidir. Şair bütün yaradıcılığı ilə mənsub olduğu xalqın yaddaşına hopmuş sənətkarlardandır.

Akademik Rafael Hüseynov şairlə bağlı xatirələrini bölüşərək, Bəxtiyar Vahabzadənin Azərbaycanın böyük idealları uğrunda mübarizə apardığını, 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olduğunu deyib. Bildirib ki, ustad şairimiz sovet imperiyasının repressiya maşının ən güclü vaxtlarında "Gülüstan" poemasını qələmə alıb və o zaman Şəkidə çıxan "Nuxa fəhləsi" qəzetində bu poemanı dərc etdirib. Böyük səs-küyə səbəb olan “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadə təqib edilib, işdən çıxarılıb. Ulu Öndər Heydər Əliyev o zaman Bəxtiyar Vahabzadəni təhlükədən xilas edib, həbs olunmağa qoymayıb, onu yüksək ad və mükafatlarla təltif edib.

Daha sonra Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələr, şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, rəqs nömrələri ifa edilib.

Qeyd edək ki, ədəbi-musiqili tədbir Ədəbiyyat Muzeyinin Həmkarlar İttifaqı Komitəsi və Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin birgə əməkdaşlığı ilə baş tutub.

# 1455 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər