"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər

"Ədəbi tənqidçi amansız oxucu olmaq məcburiyyətindədir..." - Fransız filosofdan aforizmlər
27 iyun 2026
# 13:30

Bu gün fransız filosof, yazar Qaston Başlyarın doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Dünya insanın heçliyidir.

Həyat heç vaxt ölümə güvənə bilməmişdir.

Yazıla bilməyən (qələmə alınmayan) bir şey yaşanmış olmağa layiqdirmi?

Hər insanın sözündə müəyyən "sirli məqamlar" tapılar.

Bir qapını açan şəxslə onu bağlayan şəxs eyni varlıqdırmı?

Suyun əxlaqı təmizdir, yalnız o, oda qarşı dura bilər.

Elmi müşahidə hər zaman mübahisəli bir müşahidədir.

Ədəbi tənqidçi amansız bir oxucu olmaq məcburiyyətindədir.

Sevincsiz bir həyat hədər yerə gözləməkdən başqa nədir ki?

Ey ölüm, yaşlı kapitan, vaxt gəldi! Haydı, lövbəri qaldıraq!

Böyük məkan bizi yetərincə böyük olmayan məkanlardan daha çox boğur.

Şairin bir sözü, doğru nöqtəyə toxunduğu üçün varlığımızın dərin qatlarını sarsıdır.

Sükut dərindir. Yaxşı, bəs dərinliyin kökü hardadır?

Xəyal quran insan kədərli olmaqdan, tənha qalmaqdan və gözləməkdən xoşbəxtlik duyar.

Özün olmaq hər zaman rahat deyil. Bu səbəbdən də kiminsə özünü başqası ilə müqayisə etməsini anlaya bilmirəm.

Bilirsən mən kiməm?! Mən sənin ağlınam, ağlın, anlayırsan?! Bax, indi də gedirəm, budur, gedirəm!..

Bu həndəsi harmoniya olmadan həqiqi çiçək mövcud ola bilməz. Eyni şəkildə, poetik obrazların müəyyən bir sintezi olmadan şeir çiçək açmaz.

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər