Ed Şirandan gözlənilməz qərar: Karyerasına fasilə verib səhnəni tərk edir

Ed Şirandan gözlənilməz qərar: Karyerasına fasilə verib səhnəni tərk edir
16 iyun 2026
# 11:40

Britaniyalı pop ulduz Ed Şiran müvəqqəti olaraq səhnədən getdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Məşhur musiqiçi ABŞ-nin Arizona ştatının Qlendeyl şəhərində baş tutan konserti zamanı sevənlərinə səslənərək ailəsi naminə karyerasına fasilə verdiyini deyib.

Sənətçi həyatındakı dəyişən prioritetlərə işarə edərək bu qərarını belə izah edib:

"Bu, mənim səhnəyə sonuncu çıxışımdır. Yəqin ki, bu turdan sonra fəaliyyətimə fasilə verəcəyəm və diqqətimi atalıq vəzifələrimə yönəldəcəyəm".

Şiranın məktəb illərindəki sevgilisi Çerri Sibornla evliliyindən bir oğlu və bir qızı böyüyür. Nəşrin iddiasına görə, musiqiçi 2026-cı ilin yanvar ayında Yeni Zelandiyadan başlayan dünya turunun ilk günündən bəri ailəsini görməyib və onlardan uzaq düşüb.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl mətbuatda yayılan boşanma şayiələrinə də kəskin reaksiya verərək öz evliliyini və ailəsini müdafiə etmişdi.

Xatırladaq ki, "Spotify" musiqi xidmətinin statistikasına əsasən, Ed Şiranın qlobal dinləyici kütləsi hazırda təxminən 86 milyon nəfər təşkil edir. Musiqiçinin ən böyük hitlərindən biri olan "Shape of You" mahnısı isə indiyədək pərəstişkarları tərəfindən 5 milyarda yaxın dinlənilib.

# 822 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər