Duyğu Asena Roman Mükafatının qalibi açıqlandı

Duyğu Asena Roman Mükafatının qalibi Nazlı Doğan Özsöz

Duyğu Asena Roman Mükafatının qalibi Nazlı Doğan Özsöz

8 iyul 2026
# 11:00

2007-ci ildən bəri müntəzəm olaraq təqdim edilən Duyğu Asena Roman Mükafatının builki qalibi bəlli olub.

Kulis.az xəbər verir ki, mükafat "Yüreğin Kabarmış" adlı ilk romanı ilə gənc yazıçı Nazlı Doğan Özsözə verilib.

Təqdimat mərasimi "Beşiktaş" bələdiyyəsinin ev sahibliyi və "Doğan Kitap" nəşriyyatının tərəfdaşlığı ilə İstanbulda yerləşən "Beltaş Kitap Kafe"də baş tutub.

Türkiyədə qadın hərəkatının simvollarından olan Duyğu Asenanın xatirəsini yaşatmaq məqsədilə keçirilən tədbirdə xüsusi qonaqlar iştirak edib. Seçim Komitəsinin sədri Asuman Kafaoğlu Büke ilə yanaşı, akademiklər Nüket Esen, Sibel Irzık, tənqidçi Ömer Türkeş, yazıçı Defne Suman və "Doğan Kitap"ın nəşriyyat direktoru Cem Erciyes mərasimdə iştirak ediblər.

Münsiflər heyəti Nazlı Doğan Özsözün "Yüreğin Kabarmış" romanını qadınlıq təcrübələrini və nəsillərarası travmaları olduqca güclü, təsirli bir dillə qələmə aldığına görə yekdil səslə bu mükafata layiq görüb.

Mükafatını Seçim Komitəsinin sədri Asuman Kafaoğlu Bükenin əlindən alan gənc yazıçı Nazlı Doğan Özsöz Duyğu Asenanın adını daşıyan belə bir mükafata layiq görülməyin onun üçün sadəcə ədəbi deyil, həm də ciddi siyasi məna kəsb etdiyini xüsusi vurğulayıb:

"Duyğu Asenanın fikirləri ilə qurulan bir çətirin altında olmaq və bu mükafatı almaq mənim üçün sadəcə ədəbi bir məmnunluq deyil, eyni zamanda siyasi xarakter daşıyır. Nə yaxşı ki, Duyğu Asena bu torpaqlardan keçib."

Yazıçı həmçinin əlavə edib ki, bu nüfuzlu mükafatın ilk romanını çap etdirən bir qələm adamına verilməsi digər gənc ədəbiyyatçılar üçün də böyük ümid işığıdır.

Tədbirdə çıxış edən "Doğan Kitap"ın nəşriyyat direktoru Cem Erciyes isə ədəbiyyat mükafatlarının xüsusilə debüt romanı çıxan yazıçılar üçün həyati əhəmiyyət daşıdığını qeyd edib. O, "Beşiktaş" bələdiyyəsinin Duyğu Asena irsinə hər zaman sahib çıxdığını xatırladaraq dəstəyə görə təşəkkürünü bildirib.

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər