“Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlandı

“Dünyaşöhrətli alim Lütfi Zadə -105”  adlı elektron məlumat bazası hazırlandı
4 fevral 2026
# 11:09

Bu gün dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin fəxri professoru Lütfi Zadənin anadan olmasının 105 illiyi tamam olur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə alimin zəngin elmi fəaliyyətindən və mənalı ömür yolundan bəhs olunan “Dünyaşöhrətli alim Lütfi Zadə -105” adlı elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Hazırlanan materialda Lütfi Zadənin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi”, “Dünyanı bütün çalarları ilə qavrayan Azərbaycanlı dahi” və “Lütfi Zadə - xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət” məqalələrinin tam mətni yer alır.

Elektron bazada alimin müəllifi, redaktoru olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada görkəmli alimin sevimli kəlamları, xatirəsinin əbədiləşdirilməsi, adına təsis edilən təqaüdlər haqqında məlumatlar da yer alır.

Elektron bazada “Lütfi Zadə haqqında bilmədiklərimiz”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Elektron məlumat bazasında “Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial da yer alır. Materialda Lütfi Zadəyə dünyaşöhrəti qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşfləri haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Lütfi Zadə haqqında xatirələr səsləndirilir, həyat və elmi fəaliyyətini əks etdirən, müxtəlif konfrans və görüşlərdə lentə alınan foto və videogörüntüləri təqdim edilir.

“Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər