Dünyaca məşhur qrupdan tarixi rekord

Dünyaca məşhur qrupdan tarixi rekord
20 may 2026
# 12:20

Cənubi Koreyanın dünyaca məşhur BTS qrupu 2026-cı il üçün Ginnesin Rekordlar Kitabının ikonalar siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, bu barədə məlumat rekordlar kitabının rəsmi saytında yayımlanıb.

Yalnız musiqi deyil, həm də fəlsəfə

Qrupun bu titula layiq görülməsinin səbəbləri belə izah olunub:

"Onlar yalnız K-pop musiqisini dünyaya açıb tanıtdıqları üçün deyil, həm də mental sağlamlıq, tənhalıq və yetkinləşmə kimi həssas mövzulara toxunan çoxjanrlı musiqiləri ilə tarix yazdıqlarına görə ikona kimi qəbul edilirlər".

"Spotify"ın ən çox dinlənilənləri

Qeyd edək ki, BTS hələ 2018-ci ildə "Lav yorself: Tir" adlı altıncı studiya albomu ilə ABŞ-nin albomlar hit-paradına başçılıq edən ilk K-pop qrupu kimi tarixə düşmüşdü. 2024-cü ilin fevral ayında isə kollektiv "Spotify" musiqi platformasında ən çox dinlənilən qrup ünvanını qazanıb.

Uzun fasilədən sonra dünya turu

Bu ilin aprel ayında qrupun "Ariranq" adlı yeni albomu işıq üzü görüb və ardınca kollektivin çoxdan gözlənilən dünya turu start götürüb.

Qrupun iki üzvünün Cənubi Koreyada icbari hərbi xidmətə yollanması səbəbindən BTS 2022-ci ildən bəri qastrol səfərlərinə çıxmırdı.

# 890 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər