Dünya şöhrətli yapon rəssamla son vida - Yayoi Kusama kim idi?

Dünya şöhrətli yapon rəssamla son  vida - Yayoi Kusama kim idi?
27 avqust 2026
# 13:40

Dünya şöhrətli yapon rəssam və heykəltəraş Yayoi Kusama 97 yaşında vəfat edib.



Kulis.az xəbər verir ki, sənətçinin vəfatı ilə bağlı yayımlanan bəyanatda onun son günlərinədək fırçasını əlindən yerə qoymadığı, əbədi sevgini və ruhu çəkməyə davam etdiyi bildirilib.





1929-cu ildə Yaponiyanın Matsumoto şəhərində anadan olan Kusama 1958-ci ildə Nyu-Yorka köçərək avanqard incəsənət aləminə damğasını vurub.


O, özünəməxsus böyük xallı naxışları, nəhəng psixodelik installyasiyaları, fallik formalı heykəlləri və məşhur güzgülü sonsuzluq otaqları ilə tanınıb.



Yaradıcılığı ilə Endi Uorhol daxil olmaqla bir çox görkəmli sənətçiyə təsir edən Kusama 1977-ci ildə Yaponiyaya qayıdaraq öz istəyi ilə psixiatriya klinikasında məskunlaşıb və ömrünün sonunadək orada yaşayıb-yaradıb.



Karyerası ərzində sosial etirazları, aksiyaları və ziddiyyətli çıxışları ilə də diqqət çəkən rəssam ömrünün son illərində "Louis Vuitton" kimi məşhur moda brendləri ilə əməkdaşlıq edib.


Yaşayan qadın rəssamlar arasında hərrac satışlarında rekordlara imza atan Kusama 2016-cı ildə Yaponiyanın ən nüfuzlu mükafatlarından olan "Mədəniyyət Nişanı"na layiq görülmüşdü.




































# 755 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər