Qırğızıstanda keçirilən Dünya Köçəri Oyunları mədəniyyət festivalı və idman yarışları ilə başa çatıb.
Kulis.az xəbər verir ki, Bişkekdəki açılışdan sonra İssık-Kul gölü sahilinə və Qırçın dərəsinə daşınan tədbirə 110 ölkədən 3 mindən çox idmançı və 150 mindən çox ziyarətçi qatılıb.
Təşkilatçılar festival çərçivəsində salınan köçəri kəndini qalıcı turizm mərkəzinə çevirməyi planlaşdırır.
Festivalda Qırğızıstanın müxtəlif bölgələrindən gələn sənətkarlar ənənəvi çadırlar quraraq xalq tətbiqi sənəti, xalçaçılıq və tikmə nümunələrini nümayiş etdiriblər.
Qırğızıstanın Baş naziri Adılbek Kasımalıyev qurulan bu etno-kəndin müvəqqəti olmadığını, əcdadların yaşayan irsini gələcək nəsillərə və turistlərə tanıtmaq üçün daimi fəaliyyət göstərəcəyini bildirib.
Proqram çərçivəsində oxatma, kəndirçəkmə, qol güləşi ilə yanaşı Mərkəzi Asiyada məşhur olan "sümüksındırma" kimi qeyri-adi idman növü üzrə də yarışlar keçirilib.
Oyunlar çərçivəsində köçəri sivilizasiyasının ekoloji və mədəni irsini araşdıran "Köçəri Sivilizasiyaları: İrs, Paradiqmalar və Gələcək Perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
Dünya Köçəri Oyunları başa çatdı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026