Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib
14 dekabr 2024
# 11:24

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, "Manas" Qırğızıstan -Türkiyə Universitetinin, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasıdır. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektor vəkili
Prof. Dr. Almaz İbrayevin açılış nitqi ilə başlayan tədbirdə diplomatik korpusun nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər.


"Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektoru Prof. Dr. Mustafa Ceylan, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Universitetin müəllimi Muhiddin Gümüş, Qırğızıstan Maarif Kamu Vəqfinin müdir yardımçısı Xəyalbek Akmatov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər. Universitet kollektivinə 30 illik müddətdə Qarabağda ermənilərin törətdikləri ekoterror haqqında geniş məlumat verilib. Layihə çərçivəsində çap olunmuş kitablar paylanılıb. Tədbirin sonunda məruzəçilər Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. Xatirə fotosu ilə tədbirə yekun vurulub.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər