Dövrümüzün ən bahalı rəsm əsərlərinin müəllifi vəfat etdi

Dövrümüzün ən bahalı rəsm əsərlərinin müəllifi vəfat etdi
12 iyun 2026
# 15:30

Britaniyanın ən nüfuzlu rəssamlarından biri olan Devid Hokni dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "Sky News" nəşri sənətçinin nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Hokni 11 iyun 2026-cı ildə, 89 yaşının tamam olmasına bir ay qalmış öz evində dinc şəkildə vəfat edib.

Hokni Böyük Britaniya müasir incəsənətinin əsas simalarından biri və pop-art cərəyanının ən məşhur nümayəndəsi hesab olunur. 1960-cı illərdə geniş şöhrət qazanan rəssam bir müddət müasir rəssamlar arasında əsərlərinin satış qiymətinə görə mütləq rekordçu olub.

Belə ki, 2018-ci ildə Nyu-Yorkda keçirilən "Kristis" hərracında Hokninin 1972-ci ildə ərsəyə gətirdiyi "Rəssamın portreti (İki fiqurlu hovuz)" adlı əsəri rekord qiymətə – 90,3 milyon dollara satılmışdı.

Rəssama ən böyük populyarlığı isə "Sıçrantı" silsilə rəsmləri gətirib. Bu kətanlarda tamaşaçı ətrafa səpilən su damcıları olan hovuz görür, lakin suya tullanan şəxsin özü təsvir olunmur. 2020-ci ildə bu silsilədən olan "Sıçrantı" əsəri Londondakı "Sotbis" hərracında 23,1 milyon funt-sterlinqə (29,9 milyon dollardan çox) satılıb.

Hokni öz işi barədə belə deyirdi:

"Mən cəmi iki saniyə davam edən bir anı düz iki həftəyə çəkdim".

Ümumilikdə bu seriyada üç rəsm əsəri yaradılıb. Onlardan "Böyük sıçrantı" adlı rəsm hazırda Londonun Teyt Qalereyasında nümayiş olunur, "Kiçik sıçrantı" isə özəl kolleksiyaçıya məxsusdur.

# 946 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər