"Dövlət qulluğunda olmağım yazılarımda azadlığımı məhdudlaşdırmayıb" - Daşqın Məmmədov

"Dövlət qulluğunda olmağım yazılarımda azadlığımı məhdudlaşdırmayıb" - Daşqın Məmmədov
23 iyun 2026
# 11:00

Bu gün Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.

Kulis.az bu münasibətlə Daşqın Məmmədovun təbrik yazısını təqdim edir.

Əksər peşələrdən olduğu kimi dövlət qulluqçularından da ədəbiyyatda qələmini sınayanlar olur. Dövlət qulluğunda olmaq yazıçıya həm də mövzular verə bilir. Hərçənd mən bundan cəmi iki hekayəmdə istifadə etmişəm. Amma bu özü də az deyil və artmaq şansı var.

Rəsmi işdə çalışmaq yazıçının mətnlərinin təhkiyəsinə bəzən təsir edir. Rəsmi yazışmalar adətən quru və konkret olduğundan bu, az ya çox dərəcədə mətnlərdə özünü göstərə bilir. Bundan yayınmaq üçün əziyyət çəkməli oluruq.

İşin gərginliyi və çoxluğu ədəbi məhsuldarlığa mənfi təsir etsə də, yazıb-oxumağa daim vaxt tapmaq olur. Yazmaq və oxumaq özü də bir istirahətdir. İş masamda daim bədii kitab da olur. Hazırda Gülnar Əhmədin “Türkiyədə danışır Bakı” romanını bitirmək üzrəyəm. Bu arada Gülnar xanım bu romanı çox gözəl yazıb.

Şabran rayonunun çox fəal ədəbi mühiti var. Xəqani adına Poeziya evi fəaliyyət göstərir. Poeziya evində tez-tez kitab təqdimatları, yaradıcılıq görüşləri keçirilir. Bu sahədə poeziya evinin rəhbəri, şairə Aybəniz Əlyarın böyük rolu var. Mərkəzi kitabxanada da vaxtaşırı maraqlı görüşlər təşkil edilir.

Hekayələrimin paylaşılmasında, oxucuya çatdırılmasında ən böyük pay kulis.az saytının payına düşüb. İlk dəfə bu saytda dərc olunmuşam və yazılarıma həmişə diqqət göstərilib. Əksər hekayələrimi paylaşdığınıza görə xüsusi təşəkkür edirəm.

Mətanət xanım Vahid tərəfindən yaradılmış “LitArtAz” ədəbi agentlik mənim üçün tam göydəndüşmə oldu. Yeni bitirdiyim romanın redaktə, korrektə və nəşr işini agentlik üzərinə götürdü. Bu da məni xeyli əlavə işdən azad etmiş oldu. Hansı ki, həmin işlərdə heç bir təcrübəm də yox idi. Artıq bütün işlər yekunlaşıb, kitabın sentyabr ayınadək nəşr edilməsi nəzərdə tutulub. Məni naşı olduğum xeyli işdən xilas etdiyinə görə buradan Mətanət xanıma da təşəkkürümü çatdırıram. Agentlik mənim kimi iş rejimi gərgin olan bir çox ədəbiyyat adamının işinə yaraya bilər.

Yazmaqdan başqa ədəbi mühitdə də fəallığım var. Bu yaxınlarda yazıçı, redaktor Hədiyyə Şəfaqət xanımın təşəbbüsü ilə yaradılmış Müasir Azərbaycan Kitabı klubunun kitab müzakirələrində fəal iştrak edirəm. Məqsədimiz müasir Azərbaycan yazıçılarını təbliğ etmək, onların daha çox oxunmasına nail olmaqdır. Yaxın vaxtlarda bu müzakirələri internet üzərindən daha da genişləndirməyi planlaşdırırıq.

Dövlət qulluğunda olmağım yazılarımda azadlığımı heç vaxt məhdudlaşdırmayıb, mənə elə gələ də bilər. İşinin məsuliyyətini hiss etmək istər-istəməz təhtəlşüurumuza təsir edir. Amma yaradıcılıqla məşğul olan insan cəsarətli olmasa, uğur qazana bilməz.

Kulis.az saytının verdiyi imkandan istifadə edib dövlət qulluqçusu olan həmkarlarımı təbrik edirəm.

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər