“Dostluq” kinoteatrının binası bərpa ediləcək

“Dostluq” kinoteatrının binası bərpa ediləcək
11 fevral 2025
# 09:21

Keçmiş “Dostluq” kinoteatrının binasının bərpası və istifadəsi ilə bağlı elan olunan müsabiqə martın 4-də başa çatacaq.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müsabiqə üçün müraciətlər davam edir:

"Hazırda müsabiqəyə 85-dən çox müraciət qeydə alınıb. Düşünmürəm ki, onların hamısı iştirak mərhələsinə də qatılacaq. Yəqin ki, işlə tanışlıqdan sonra ümumi say bir az azalacaq. Martın 4-ü müraciət üçün sonuncu qəbul tarixidir, bundan sonra münsiflər heyəti dəyərləndirmə aparacaq".

"Dostluq" ("Drujba") kinoteatrı harada yerləşir?

"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası.

"Drujba" kinoteatrın tarixi

Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir. 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir. 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur.

Teatrın sökülməsi

2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır.

Kinoteatr stalinist memarlıq üslubundadır. Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.

Kinoteatrın yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə Azərbaycan Memarlar İttifaqı tərəfindən 2024-cü ilin dekabrında açıq müsabiqə elan olunub.

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər