Dost itkisi - Ramiz Rövşən yazır...

Dost itkisi - Ramiz Rövşən yazır...
29 mart 2021
# 09:55

Dost itkisi həmişə ağır və acı olur.

Fərqi yoxdu, cavandı, ya qoca. Yaxındadı, ya uzaqda.

Bu dəfə belə bir acı xəbər uzaq Latviyadan gəldi: böyük latış şairi və tərcümçisi Uldis Berzinş vəfat edib.

Uldis təkcə bizim şəxsi dostumuz deyildi. O uzun illərdən bəri ədəbiyyatımızın çox vəfalı dostu və təbliğatçısıydı. Şərqin, qərbin bir çox dillərini bilən Uldis “Quran”ı və “Dədə Qorqud”u orijinaldan latışcaya çevirmişdi.

70-ci illərin əvvəlindən başlayaraq, Rəsul Rzanın məşhur “Rənglər”indən tutumuş bizim, o vaxt hələ yazdıqları birmənalı qarşılanmayan cavan şairlərin şeirlərinəcən bir çox poetik nümunələrimiz latış oxucusuna məhz Uldisin tərcüməsində çatmışdı və bəzi şeirlərimiz hətta orda universitet dərsliklərinə salınmışdı.

Uzaq 1969-cu ildən başlayan dostluğumuz boyu Uldislə Riqada, Moskvada, Bakıda çox görüşlərimiz olub. Uldis Bakını çox sevirdi, Bakıda da ən sevdiyi yer bizim Əmircandakı evimiz, həyətimiz idi. 52 il bundan əvvəl Uldis ilk dəfə Əmircana ayaq basanda bu hündürboy, saqqallı, amma bığsız adamı görüb uşaqların necə səs-səsə verib qışqırışdıqları indi də yadımdadı: “Fidel Kastro! Fidel Kastro!..”

Hər üç Pribaltika respublikasının fəxri vətəndaşı olan, dünyanın bir çox məşhur universitetlərində mühazirələr oxuyan, bir neçə akademiyanın fəxri akademiki seçilən dünya miqyaslı bu şair və tərcüməçinin ürəyində Azərbaycanın xüsusi yeri var idi.

Və bu uzun illər ərzində ədəbiyyatımızın təbliği üçün əvəzsiz rol oynamış bu qiymətli şəxsiyyəti bu gün kədər və hörmətlə xatırlamaq hamımızın, onu şəxsən tanıyanların da, tanımayanların da vəfa borcudu. /"525-ci qəzet"/

# 7150 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər