ABŞ Prezidenti Donald Trampın özünü məşhur rok kralı Elvis Presli cildində təsvir edən süni intellekt fotolarını paylaşması musiqisevərlərin kəskin etirazına səbəb olub.
Kulis.az xəbər verir ki, Tramp özünə məxsus "Truth Social" platformasında 40-a yaxın süni intellektlə hazırlanmış foto paylaşıb.
Şəkillər arasında onun Elvis Preslinin 1973-cü ildəki "Aloha from Hawaii" konsertində geyindiyi ikonik kostyumda təsvir olunduğu foto sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.
İstifadəçilər bu paylaşımı Elvisin irsinə hörmətsizlik və "əsl təlxəklik" kimi qiymətləndiriblər.
Donald Tramp daha əvvəl də özünü Elvis Presli ilə müqayisə edərək, gitara çalmadan belə ondan daha böyük kütlələri topladığını iddia etmişdi.
Qeyd edək ki, Siyasətçi bundan əvvəl də Supermen, Hanniibal Lekter və Cedaylar kimi müxtəlif pop-mədəniyyət obrazlarından istifadə etdiyi paylaşımlarla gündəmə gəlmişdi.
Donald Tramp “təlxək” adlandırıldı - Elvis Presliyə görə
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026