“DokuToor” layihəsi yekunlaşdı

“DokuToor” layihəsi yekunlaşdı
4 mart 2025
# 13:54

DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində keçirilən “DokuToor” proqramı martın 2-də işini tamamladı.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə həyata keçirilən proqramın sonuncu günündə sənədli kino həvəskarlarına rejissor Fariz Əhmədovun 2021-ci ildə “Ən yaxşı yerli sənədli film” nominasiyasında “iHuman” Mükafatına layiq görülmüş “Sonuncu”, Mətləb Muxtarovun 2022-ci ildə eyni kateqoriyada “iHuman” Mükafatına layiq görülmüş “12/35” və belçikalı rejissor Erin Makfersonun 2024-cü ildə DokuBaku festivalında “Tamaşaçı rəğbəti” mükafatını qazanmış “Bu gün ölü oyanmadım” qısametrajlı sənədli filmləri təqdim olunub.

“Bu gün ölü oyanmadım” filmi ağır depressiya keçirən, intihar barədə fikirləşən insandan bəhs edir.

“12.35” filmi müəllifin, uşaqlığını keçirdiyi məhəllənin keçmişini canlandırmaq, itirilmiş zamanı kinonun sehrli əli ilə bərpa etmək cəhdidir.

Fariz Əhmədovun “Sonuncu” filmi Kürdili adasının axırıncı sakini Vitali Proninin son günlərinin poetik üslubda təsviridir.

“Nizami” Kino Mərkəzində baş tutan tədbirdə filmlərin nümayişindən sonra rejissor Mətləb Muxtarov tamaşaçıların suallarını cavablandırdı. Öz növbəsində tamaşaçılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər və belə layihələrin tez-tez keçirilməsini arzuladılar.

“DokuToor” layihəsi AR Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalibidir.

# 2603 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər