“Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami muzeyinə hədiyyə edildi

“Divani-lüğəti-türk” əsərinin faksimilesi Nizami muzeyinə hədiyyə edildi
16 iyun 2023
# 18:50

Türkiyə Cümhuriyyətinin Bakıdakı mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və Din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edən Ekspozisiya şöbəsinin elmi işçisi İnarə Səfiyeva onlara Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif inkişaf dövrlərinə aid məlumatlar verib, maddi mədəniyyət nümunələrini, o cümlədən əlyazmaları, klassik əsərlərə toxunmuş süjetli xalçaları, müxtəlif dövrlərdə yazılmış əsərlərə çəkilmiş tablo və illustrasiyaları diqqətə çatdırıb.

Vitrinlərdə mühafizə edilən şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlərin müxtəlif nəşrlərini və onlar barəsində olan tədqiqatları izləyən qonaqlar sonda öz təəssüratlarını muzeyin “Rəylər kitabı”nda bölüşüblər.

Qonağın rəy kitabında da qeyd etdiyi kimi “diqqət və qayğı ilə mühafizə edilən möhtəşəm əsərlərin sırasına” Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin faksimilesi” də daxil edilib. Faksimile Türkiyə mədəniyyət və turizm nazirliyi nəzdindəki Əlyazma əsərləri qurumu tərəfindən hazırlanıb.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər