Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə

Direktor niyə maşınını işçilərə yudurdur? - Yalçın İslamzadə
7 iyul 2025
# 12:08

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

– N saylı məktəbin direktoru işçilərə maşınını yudurtdu.

Aləm dəyir bir-birinə, sosial şəbəklərdə tozanaq qopur.

Ancaq belə xəbərlər istisna deyil:

– M saylı məktəbin direktoru şagirdi döydü.

– L saylı məktəbin direktoru müəllimi təhqir etdi.

Yenə ara qarışır:

Sonra başqa məslək qrupları prosesə qoşulur:

– Məmur motokuryerə "Səni tapdalayaram" dedi.

– Məmur velosipedçiyə "Sür cəhənnəm ol, səni çırpmamış" dedi.

– Məmur "Get, kimə istəyirsən, şikayət et" dedi.

İndiki gənclər bilməz, kəndin adını dəyişdirib atasının adını qoyan nazir müavini vardı.

İş insanları da geri qalmır:

– İnşaat şirkəti evi sakinin başına uçurtdu.

– İnşaat şirkəti ağacları kəsir.

– İnşaat şirkəti bir evi üç nəfərə satıb.

Bir vaxtlar bazarda şalvar satan şəxs, pul qazanandan sonra belə yazır:

"İtə dedilər kimi tutarsan, dedi mənə çörək verəni".

Yəni bir zamanlar "hakir ve fakir biri vardı", indi artıq "çörəkverən kişi" olub.

"Üzüklərin hökmdarı"nda sevimli bioloji forma olan Bilbo Baqqins, üzüyə əlini uzadır və içindəki güc düşkünü eybəcər alqoritm ortaya çıxır.

Belə misallar sənətdə və folklorda çoxdur.

Azərbaycan təlim-tərbiyə metodu güc qarşısında eqonu cilovlamağı öyrədə bilmir.

Ona görə də eqolar şişdikcə şişir, genəldikcə genəlir.

Məmurun otlaq ərazilərini dayanmadan hasarlaması bu eqo şişməsinin nəticəsidir – eqosunu daha geniş ərazilərə yayır.

Mədəniyyət insanin ibtidai varlığını (Feeyd "İd" deyirdi) tərbiyə etmə sistemidir.

Bizdə isə mədəniyyətə zəiflik kimi baxırlar, əzmə imkanını yox edəcəyindən qorxurlar, halbuki qeyri-mədəni cəmiyyətlərdə əzilənlər əzənlərdən qat-qat çoxdur.

Buna görə də, mədəniyyət düşməni müasir "Molla Sadıq" sürətlə populyarlaşdı, xalqımızın, yüzminlərin sevimlisinə, ümid yerinə çevrildi.

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər