“Dilin qüdrəti və məna çaları” adlı tədbir keçirildi

“Dilin qüdrəti və məna çaları”  adlı tədbir keçirildi
22 fevral 2024
# 14:20

21 fevral tarixində Binəqədi rayonu 143 saylı tam orta məktəbdə Respublika Uşaq
Kitabxanasının 3 saylı filialın birgə təşkilatçılığı ilə “21 fevral Beynəlxalq Ana Dili Günü”
münasibəti ilə “Dilin qüdrəti və məna çaları” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə kitabxana əməkdaşları, müəllim kollektivi və şagirdlər iştirak edib.

Tədbir şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. İlk olaraq məktəbin
müəllimi ana dilinin varlığından, qüdrətindən və inkişafından söz açıb.

Ümummilli lider Heydər Əliyevin dilimiz haqqında söylədiyi fikirlər videoslayd vasitəsilə nümayiş olunub.
Şagirdlərin ifasında görkəmli şəxslərin ana dili haqqında kəlamları, şairlərin şeirləri
səslənib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri,
rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının
qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan
uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

# 2560 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər