Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi

Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi
18 iyun 2026
# 10:03

"P. Diddi" təxəllüsü ilə böyük şöhrət qazanan və hazırda məhkumluq həyatı yaşayan amerikalı reper Şon Kombsun azadlığa qovuşacağı tarix növbəti dəfə dəyişdirilib.

Kulis.az "People" nəşrinə istinadən xəbər verir ki, yeni qərara əsasən, qalmaqallı musiqiçinin 2028-ci il fevralın 23-də azad olunacağı gözlənilir.

Qeyd edək ki, ifaçının həbsdən sərbəst buraxılma qrafikində indiyədək dəfələrlə dəyişikliklər edilib. İlk vaxtlar bu tarixin 2028-ci il iyunun 4-ü olacağı açıqlansa da, sonradan ardıcıl şəkildə 8 may, 25 aprel və nəhayət, 15 aprel olaraq yenilənmişdi. Bütün bu prosedurlarla paralel olaraq P. Diddinin hüquq müdafiəçiləri məhkəmə hökmünün tamamilə ləğv olunması üçün qızğın mübarizə aparmaqdadırlar.

Xatırladaq ki, səs-küylü məhkəmə prosesinin yekununda – 2025-ci ilin iyul ayında Şon Kombs qurbanlarını narkotik vasitələrin təsiri altında cinsi istismara məruz qoymaq üçün fərqli ştatlar arasında qeyri-qanuni daşımaqda günahkar bilinmişdi. Bu əməllərinə görə hakim ona 4 il 2 ay müddətinə həbs cəzası kəsmişdi.

Lakin reper bəzi çox ağır cəzalardan son anda yaxa qurtara bilib. Belə ki, münsiflər heyəti sənətçiyə qarşı irəli sürülən reketçilik, insan alveri və cinsi cinayətlərdə əlbir olma kimi daha ağır ittihamları əsassız sayaraq onu bəraət etdirib. Əgər ulduz bu maddələr üzrə də təqsirli bilinsəydi, böyük ehtimalla onu ömürlük həbs cəzası gözləyirdi.

Cəzaçəkmə müəssisəsindəki həyatına gəlincə, sənətçi hazırda xüsusi olaraq narkotik asılılığından qurtulmaq üçün nəzərdə tutulmuş reabilitasiya kursu keçir. Ən maraqlı məqamlardan biri isə odur ki, yayılan məlumatlara görə, ötən ilin noyabrından etibarən P. Diddi həbsxana divarları arasında keşiş köməkçisi vəzifəsini icra edir.

# 845 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər