Di Kaprio zərər çəkənlərə 1 milyon dollar yardım edib

Di Kaprio zərər çəkənlərə 1 milyon dollar yardım  edib
17 yanvar 2025
# 11:17

Sonuncu dəfə Martin Skorsezenin “Çiçəkli ayın qatilləri” filmində çəkilən "Oskar" mükafatlı aktyor Leonardo Di Kaprio Los-Ancelesdəki yanğınlardan zərər çəkənlərə 1 milyon dollar bağışlayıb.

Kulis.az xəbər verir ki, onun aktyorluqla yanaşı qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizədə tez-tez adı hallanır.

Di Kaprio sosial şəbəkə hesabında bu barədə paylaşım edib:

"Yanğınlar şəhərimizi viran qoyub. 1 milyon dollar ianə etməklə mən həm fövqəladə ehtiyaclara, həm də yanğından sonrakı bərpa səylərinə dəstək verirəm".

Qeyd edək ki, "Google" və "Youtube"un Los-Anceles bölgəsindəki xeyriyyə təşkilatlarına 15 milyon dollar yardım edəcəyi açıqlanıb.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq və həyat yoldaşı Priscilla Çan isə ümumilikdə 4 milyon dollar ianə edib.

# 2872 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər