Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi
18 sentyabr 2026
# 16:56

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adının verilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı XIX əsrin sonlarında yaranıb. Teatr 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət statusu alıb. Azərbaycan klassiklərinin əsərlərini səhnələşdirən bu teatrın binasının 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurulmasına başlanılıb.
2026-cı ilin mart ayında qədim teatr binası Rusiya Prezidenti Vladimir Putinin videokonfrans formatında iştirakı ilə təntənəli şəkildə açılıb. Genişmiqyaslı təmir çərçivəsində teatr müasir səhnə, işıqlandırma və səs avadanlıqları, rahat soyunma otaqları və geniş tamaşaçı zalı ilə təchiz edilib.

# 572 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər