Deputat: "Çəkdiyimiz filmlərə ancaq özümüz baxırıq"

Deputat: "Çəkdiyimiz filmlərə ancaq özümüz baxırıq"
11 noyabr 2022
# 14:20

“Qələbəmizlə bağlı “Hollywood” səviyyəsində, böyük büdcəsi olan film çəkmək lazımdır. Hazırda filmlər çəkilir, lakin özümüz çəkirik, özümüz də baxırıq”.

Kulis. az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Vüqar İsgəndərli bildirib.

“Lakin dünya səviyyəli filmlər çəkilməlidir. Çünki Qarabağı hazırda bərpa edirik, həmin təbii mənzərə sonra alınmayacaq. Bu, təxirəsalınmaz, “Hollywood” rejissorları və redaktorları ilə birgə çox böyük büdcəsi olan məsələdir. Büdcədə səxavətli olmalıyıq. Dünya səviyyəsinə çıxmaq üçün bu, çox vacibdir. Ermənilər bununla bağlı bir neçə film çəkiblər və “Hollywood” səviyyəsində bu filmləri göstərirlər. Yalan, riyakarlıq üzərində qursa da, çox təəssüf ki, bu, bugünkü faktdır”, - deyə deputat bildirib.

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər