Lənkəran Dövlət Dram Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.
Qeyd edək ki, müəllifi və quruluşçu rejissoru Emil Əskərov olan "Dəmir atlı qəhrəman - HƏZİ ASLANOV" adlı tamaşanın quruluşçu rəssamı:Tərlan Sadıqov, musiqi tərtibatı: Vüqar Fərəcov, rəssamı: Sevən Həsənli, rejissor köməkçisi: Miranda Qurbanovadır.
Tamaşada rolları: Saleh Əzimzadə (Həzi Aslanov), Buludxan Buludov (atası), Təranə Forəcova (anası), Zeynal Məmmədli (uşaqlığı), İmaməli Əskərov (oğlu), Aysel Babazadə (həyat yoldaşı), Elvin Məmmədov (əsgər), Teymur Hacızadə (əsgər), Cəfər Səlimov (əsgər) ifa edirlər.
Tamaşa xalqımızın qəhrəman oğlu, İkinci Dünya Müharibəsində böyük şücaət göstərmiş general-mayor Həzi Aslanovun həyat və döyüş yolunu səhnəyə daşıyır. Tamaşa qəhrəmanın uşaqlıq illərindən başlayaraq, onun hərbi təhsili, döyüş meydanlarında göstərdiyi rəşadət, vətənə olan sonsuz sevgisi və mərdliyi ilə dolu ömür yolunu əhatə edir. Səhnə əsərində Həzi Aslanovun insan kimi dəyərləri – dürüstlük, fədakarlıq, vətənpərvərlik və ədalətə olan inamı ön plana çəkilir.
Tamaşa həm də bir insanın tarixə necə qəhrəman kimi düşə biləcəyini, bir xalqın yaddaşında necə əbədi iz qoya biləcəyini dramatik dillə izah edir.
"Dəmir atlı qəhrəman" - Lənkəranda
Oxşar xəbərlər
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək
16:30
25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə
15:55
25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi
15:30
25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."
14:30
25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi
14:00
25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək
13:48
25 sentyabr 2026