"Dedi ki, yenə öz dostlarınızı yığıb kitab çıxarmısınız" - Qalmaqallı kitabla bağlı açıqlama

"Dedi ki, yenə öz dostlarınızı yığıb kitab çıxarmısınız" - Qalmaqallı kitabla bağlı açıqlama
30 sentyabr 2025
# 13:20

"Park" nəşriyyatının "Müstəqillik dövrünün ən yaxşı hekayələri" kitabı sosial mediada birmənalı qarşılanmayıb. Şəbəkə istifadəçiləri hekayələrin hansı meyarlar əsasında seçilməsini müzakirəyə çıxarıblar.

Kulis.az "Park" nəşriyyatının təsisçi-direktoru Vüqar Vanın mövzuya münasibətini öyrənib.

O bildirib ki, antologiyadakı müəlliflər nəşriyyatın şair-yazıçılardan ibarət olan idarə heyətinin uzun məsləhət-məşvərətindən sonra müəyyənləşib:

"Kitabın bir konsepsiyası var. Müəlliflər də həmin konsepsiyaya uyğun olaraq seçilib. Kitab, adından da göründüyü kimi müstəqillik dövrümüzün, yəni 90-cı illərdən ta bugünə kimi olan bir dövrün ədəbi xəritəsidir. Bu konsepsiya işimizi xeyli asanlaşdırdı, 30-35 illik dövrdə tapıb-seçdiyimiz ancaq 33 müəllif oldu.

Hekayələri isə müəlliflərin özündən almışıq. Bəzən elə olur ki, müəllifin özünə doğma hesab elədiyi mətni diqqətdən kənarda qalır, oxucular başqa hekayəni sevirlər, başqa hekayəsi ilə tanınır. Fikirləşdik ki, qoy müəlliflər onlara ən doğma mətnlərini seçib atsınlar.

Bir tanışım yarızarafat, yarıciddi mənə dedi ki, yenə öz dostlarınızı yığıb kitab çıxarmısınız. Fikirləşdim, haqlıdır, 30 illik bu tarixdə yazıb-yaradan hamını, ya da demək olar ki, hamını tanıyırıq, hamı bizim dostumuzdur. Diqqətdən kənarda qalan adam ola bilməz.

Biz Park nəşriyyatı olaraq deyirik ki, elə nə varsa, budur. Bu kitabda bir nəfər razılaşmadığım müəllif var, o da özüməm.
Bəxtiyar Vahabzadə demiş:

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız,
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız".

# 1953 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər