"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor
27 avqust 2025
# 17:10

27 avqust görkəmli kinorejissor və Xalq artisti Tofiq Tağızadənin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, yaradıclığı ilə bağlı maraq doğuran məqamları və onun rejissoru olduğu "Dədə Qorqud" filmindən fraqmenti təqdim edir.

Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində Keşlə qəsəbəsində müəllim ailəsində anadan olub.

Uşaqlıq illərində musiqiyə maraq göstərərək üç il musiqi məktəbində skripka bölməsində təhsil alıb. Anasını erkən yaşlarda itirib.

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. O, SSRİ dövründə çox məşhur və tanınmış rejissor olub .

O, 50- ci illərdə sənətə gəlib. İlk çəkdiyi üç filmlə Azərbaycan kinosuna yeni üslub gətirib: "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri.

Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti də çox sənətkarlıqla öz həllini tapıb.

Sənətkar zamanın problemlərini ekrana gətirib və insanları bu problemlər ətrafında düşünməyə sövq edib. O, tamaşaçı ilə açıq mükaliməyə girib, onun daxili "mən"ini özü ilə üzbəüz qoyub.

Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin "asıb-kəsən" vaxtında belə cəsarətlə danışıb, simvollar vasitəsilə xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinməyib.

O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib.

Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub.

Sənətkar Moskvada, ÜDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur.

Tofiq Tağızadə, məşhur "Arşın mal alan" operettasının ikinci versiyasının çəkilişlərini həyata keçirib. Bu versiyada baş rolu ifa etmək üçün 18 aktyor sınaq çəkilişlərinə dəvət edilib. Nəticədə, Rəşid Behbudov bu rolda çəkilib.

Rejissorun "Ögey ana" adlı filmi, çəkilişlərdən sonra senzura tərəfindən qadağan edilib. Film yalnız Tofiq Tağızadə vəfat etdikdən sonra yayımlanıb.

Ömrünün son illərində xüsusi studiya yaradıb. Rejissor 1998- ci ildə Bakıda vəfat edib.

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər